Heydər Məmmədəliyev federasiyaya vitse-prezident təyin olundu
Tanınmış idmançı, MMA döyüşçüsü Heydər Məmmədəliyev AZMMAF-ə vitse-prezident təyin olunub.
MMA (FILA) və pankration üzrə dünya, Avropa çempionu Heydər Məmmədəliyev Azərbaycan MMA Federasiyasına vitse-prezident təyin olunub.
Bu haqda məlumat verən H.Məmmədəliyev ona göstərilən etimada görə təşəkkür edib: “İlk olaraq AZMMAF rəhbərliyinə təşəkkür edirəm. İdmançı kimi uğurlar qazanmışam. İndi göstərilən yüksək etimadı doğrultmalıyam. Vitse-prezident kimi federasiyamızın, eləcə də milli komandalarımızın inkişafı üçün əlimdən gələni edəcəm. Hazırda iki güclü təşkilat İMMAF-WMMAA birgə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, beynəlxalq təşkilat kimi onlar ölkəmizdə Azərbaycan MMA Federasiyasını tanıyır.
Məmmədəliyev hazırda beynəlxalq yarışda olduqlarını deyib: “Hazırda Azərbaycan millisi Bəhreyndə keçirilən dünya çempionatında iştirak edir, komandamız yarışa yüksək səviyyədə hazırlaşıb. Ona görə idmançılarımızın uğurlu çıxış edəcəyini gözləyirik. Federasiya rəhbəri kimi beynəlxalq təşkilatlarla işimizi daha da yaxşılaşdıracayıq. MMA ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?