Henninq Berq: "Qarabağ"la matçda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq"

“Qələbəyə görə sevinirik. Rəqib yaxşı komandadır. Artıq diqqətimizi “Qarabağ”la matça yönəldəcəyik”.
Minval.info-nun məlumatına görə, bu fikirləri “Omoniya”nın baş məşqçisi Henninq Berq evdə “Aris”i 3:0 hesabı ilə məğlub etdikləri Kipr çempionatının X tur oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı norveçli mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur görüşü barədə də danışıb: “Hər matça fərqli yanaşırıq. “Qarabağ”la görüşdə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bu, bəzi oyunçular üçün fürsətdir. Onlar o qədər də çox şans əldə etmirlər. Daha sonra APOEL-lə görüşü düşünə bilərik. Hazırda bütün fikrimiz Bakıdakı qarşılaşmadadır”.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunu saat 21:45-də başlayacaq. 4 oyundan sonra 10 xal toplayan Azərbaycan təmsilçisi H qrupunda liderdir və vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Kipr klubu isə 2 xalla 3-cü sırada qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?