23.11.2026 - 11:54
Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur
CƏMİYYƏT 234 baxış

Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur

Sosial şəbəkələrdə bəzi şəxslərin, xüsusən də blogerlərin sükan arxasında canlı yayım açması hallarına tez-tez rast gəlinir. Bu cür davranışlar, bir çox hallarda sürücülərin diqqətini yoldan yayındırır, əllərinin ikisini də sükandan çəkmələrinə, hətta hərəkət edən nəqliyyat vasitəsində rəqs etmələrinə səbəb olur.

Publika.az xəbər verir ki, bloger Firuzə Ağayevanın sükan arxasında çəkib paylaşdığı video müzakirələrə səbəb olub. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bu məsələyə münasibət bildirərək, bütün sürücülərin yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməsinin vacibliyini vurğulayıb. “Sükan arxasında diqqəti yayındıran hərəkətlər kobud məsuliyyətsizlikdir. Bir neçə saniyəlik diqqətsizlik ağır yol-nəqliyyat hadisəsinə və insan itkisinə səbəb ola bilər. Heç kimin sosial şəbəkədə baxış toplamaq naminə insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur,” – deyə o bildirib.

Tağıyev qeyd edib ki, bu kimi halların qarşısının alınması üçün yol polisi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. “Hər kəs bilməlidir ki, yol hərəkəti qaydalarını pozan heç bir şəxs qanun qarşısında məsuliyyətdən kənarda qala bilməz. Bundan sonra da yollarda insanların həyatını təhlükəyə atan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.”

O, bütün sürücüləri sükan arxasında məsuliyyətli davranmağa, diqqətlərini yola cəmləməyə və yol hərəkəti qaydalarına qeyd-şərtsiz riayət etməyə çağırıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: