22.11.2026 - 15:04
Bərdədə 23 illik əlillik pensiyası dayandırılan qadın çətinlikdədir
CƏMİYYƏT 244 baxış

Bərdədə 23 illik əlillik pensiyası dayandırılan qadın çətinlikdədir

Bərdə rayonunun Xanərəb kəndində yaşayan 63 yaşlı Nəhayət Qasımova, 23 il boyunca aldığı əlillik pensiyasının dayandırılması səbəbindən ciddi maddi çətinliklərlə üzləşib. Ürək və onurğa problemlərindən əziyyət çəkən qadın, dərmanlarını almaqda və evini isitməkdə çətinlik çəkir.

Minval.info xəbər verir ki, Nəhayət Qasımova, 2003-cü ildən bəri aldığı əlillik pensiyasının bu ilin may ayında dayandırıldığını bildirib. O, aprelin 21-dək aldığı 430 manatla kommunal xərclərini qarşıladığını, dərman və ərzaq ehtiyaclarını təmin etdiyini qeyd edib. Pensiyanın kəsilməsinə səbəb kimi əlillik müddətinin başa çatması göstərilib.

Nəhayət Qasımova, yeni əlillik komissiyasından keçmək üçün müraciət etsə də, prosesin uzandığını və ciddi maddi sıxıntı içində olduğunu vurğulayıb. Xeyirxah insanların köməyi ilə evinə qaz çəkilsə də, maddi imkansızlıq səbəbindən evi qızdırmaqda çətinlik çəkir. “Qaz var, amma yandıra bilmirəm. Soyuqdan ölürəm, əllərim donur”, – deyə vəziyyətini ifadə edib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, vətəndaşın əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciəti daxil olmayıb. TƏBİB-dən isə qeyd olunub ki, Nəhayət Qasımovanın tibbi sənədləri və müayinələri arasında uyğunsuzluq aşkar edildiyindən “Forma 88” sistemə daxil edilməyib və bu barədə pasiyent məlumatlandırılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: