Hava nə vaxtadək küləkli olacaq?
“Sabah, sentyabrın 7-də paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək”.
Bu barədə “Minval.info”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova xatırladıb ki, bu gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək:
“Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə isə 23-28 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enməsi müşahidə olunur. Günorta saatlarında 21-24 dərəcə isti olacaq”.
Direktor əlavə edib ki, bölgələrdə də bu gün və sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir:
“Əsasən dağlıq-dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur. Sentyabrın 8-i gündüz saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Heyvan xəstəliklərinə qarşı AQTA-dan ciddi tədbirlər
Lənkəranın turizm cazibəsi mediaya tanıdıldı
Azərbaycan universitetləri 120 ölkədən tələbə qəbul edir
Azərbaycan nefti 113 dolları keçdi!
Keyfiyyətsiz qida satışı ilə bağlı şikayətlər artıb
Bakının bəzi ərazilərində işıq fasiləsi olacaq
Rusiyanın yeni rüsumu: Azərbaycanda buğda bahalaşacaq?