Hava kəskin dəyişəcək, güclü külək əsəcək, yağış və qar yağacaq
Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından martın 8-i axşamadək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, temperatur ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarına gəlincə, martın 7-si axşama doğru, martın 8-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperatur ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?