Hava ilə əlaqədar bir sıra idman turnirləri və tədbirlər təxirə salındı
Bakıda pis hava şəraiti ilə əlaqədar bir sıra idman turnirləri və tədbirlər təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bunu Media.Az-a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Raqif Abbasov deyib.
Onun sözlərinə görə, bu gün və sabaha planlaşdırılan, eləcə də, açıq havada və bağlı məkanlarda keçirilən tədbirlər başqa tarixə keçirilib.
“Gənclər və idman naziri Azad Rəhimovun göstərişinə uyğun olaraq, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bir sıra idman turnirlərini və tədbirləri gələn həftəyə keçirib.
Eyni zamanda, yanvarın 15-də paytaxtda start götürən futbol üzrə şəhər çempionatı, eləcə də, paytaxt arenasında keçirilməsi nəzərdə tutulan atletika turniri təxirə salınıb. Güman ki, turnir yanvarın 20-də baş tutacaq – Raqif Abbasov deyib. – Bundan başqa, 18 yanvar tarixində məktəblilər arasında bir sıra tədbirlər planlaşdırmışdıq. Bu tədbir də gələn həftəyə keçirilib. Ümumilikdə, hava şəraiti ilə əlaqədar təxirə salınmış tədbirlər çox deyil. Eyni zamanda, ölkədəki digər strukturlar kimi müvafiq tədbirlər görülür”.
Əlavə edək ki, bu günlərdə Bakıdakı Respublika Şahmat Mərkəzində gənclər arasında beynəlxalq şahmat turniri keçirilir. Pis hava şəraiti ilə əlaqədar bu turnir də təxirə salınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kapitan "Neftçi"dən getdi - RƏSMİ
Güləş üzrə Azərbaycan çempionatının açılışı olub
Kubokun finalı azarkeşsiz keçiriləcək
“Pomidor, kolbasa ilə oyuna gedirik” - Klub prezidentindən şok açıqlama
Faiq Qarayev istefa verdi
Azərbaycan çempionu avrokubokla vidalaşıb