Hava ilə bağlı xəbərdarlıq
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi haqqında xəbərdarlıq edib.
Xidmətdən “Minval.info”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 20-si səhər cənub-qərb küləyinin 21-i səhər şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-18 m/s, arabir 20 m/s, yarımadanın bəzi yerlərində arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. 21-i gecə və səhər saatlarında yağış yağcağı ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 20-21-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu