Azərbaycanın məşhur messenantı Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir.

Milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq kimi istifadə edilib. Artıq ərazidə işlərə start verilib. Malikanə əvvəlki görkəminə qaytarılacaq.

Sərvətini Azərbaycan xalqı üçün xərcləməkdən çəkinməyən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsi əbədiləşdirilir. Bunun üçün onun yaşadığı evdə təmir işləri aparılır.

Təmir işləri çərçivəsində bağda sonralar tikililən binalar sökülüb və ərazi köhnə halına qaytarılıb. Evin tam köhnə halında görünməsi üçün xaricdən də müəyyən tikinti avadanlıqlaırnın gətirilməsi nəzərdə tutulur.

2 mərtəbli və 10 metr hündürlükdə olan evin təmirdən sonrakı görkəminin necə olacağı da bəllidir.

Xeyriyyəçinin vəfatından sonra 2-ci dünya müharibəsində bu evdə təxliyə hospitalı fəaliyyət göstərib və Qarabağ müharibəsindən sonra məcburi kökünlər bu evdə məskunlaşıb.

Mədəniyyət nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

Milyonçu Tağıyev öləndən sonra da xeyriyyəçilik edir – Bərbad hala düşmüş evində qaçqınlar yaşayırlar – FOTOLAR

Hacı Zeynalabdin Tağıyevin nəticəsi: “Dedi ki, babanı boş yerə axtarmağa dəyməz, onu dənizdə batırıblar” – Sensasion müsahibə – FOTOLAR