“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov SV vaqonlarda qiymət artımının zəruri olduğu, “hər yerindən duranın SV-yə bilet alması” na görə qiymətlərin 10 faiz artırılması ilə bağlı mediaya verdiyi açıqlama cəmiyyətdə narazılığa və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Minval.imfo xəbər verir ki, Moderator.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi məsuliyyətsiz bəyanatına görə artıq M.Şıxəmirovu cəzalandırıb.
Belə ki, M.Şıxəmirova axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: