Hər gün ürəkbulanmanız varsa – Hansı xəstəliklərin simptomudur?
ƏLAQƏLİ
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Saytımıza hər gün müraciət edən oxucuların əksəriyyəti ürəkbulanmadan şikayətlənir. Çox rast gəlinən bu simptom artıq əvvəlki kimi təkcə hamiləlik və ya zəhərlənmənin əlaməti deyil. İndi ürəkbulanmaların səbəbi və mənbəyi də fərqlidir.
Milli.Az medicina.az-a istinadən tez-tez, hər gün baş verən ürək bulanmasının nədən xəbər verdiyini təqdim edir.
– Mədə-bağırsaq traktında – qastrit, kolit, xora, enterokolit, mədə və 12 barmaq bağırsağın iltihabi xəstəlikləri səbəbindən ürəkbulanma ola bilər. Xüsusən səhərlər və çox müddət ac qaldıqda, istiotlu, acı qidalar yedikdə
– Ağır, quru və qızardılmış yeməklərdən sonra ürəkbulanma – öd və öd yollarının problemi, öd durğunluğu, mədəaltı vəz pankreatiti və xoralar
– Hipertonik kriz – arterial təzyiq qalxanda ürəkbulanma və qusma olur
– Səhər tezdən qalxan kimi ürəkbulanma öd durğunluğu, öd şirəsinin mədəyə axması zamanı olur
– Baş ağrısı ilə yanaşı ürəkbulanma – miqren və klaster baş ağrılarında, kəllə beyin travmaları, şişləri və xəstəliklərində olur
– Ciddi ürəkbulanma, baş gicəllənmə, başağrısı beynin iltihabi xəstəliyi olan qorxulu meningitin əlaməti ola bilər
ƏLAQƏLİ
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
– Ürəkbulanma beyin qan dövranı pozulması, insult əlaməti də olur.
– Bədənin və qaraciyərin intoksikasiyası zamanı da ürəkbulanma olur
– Eləcə də virus xəstəlikləri, rotavirus, bağırsaq qripində qusma, ishal yol yoldaşıdır.
Milli.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Britaniya Kitabxanası Agata Kristinin sirli dünyasını araşdırır
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Coni nadir xəstəlikdən əziyyət çəkir?
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
