Həkimlərə verilən cəza: Nigarın əməliyyatı ilə bağlı məhkəmə qərarı
Estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın iştirakı ilə keçirilən əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı məhkəmə prosesi sona çatıb. Xəstənin anası tərəfindən verilən şikayət əsasında açılan cinayət işi üzrə məhkəmə qərarını açıqlayıb.
Minval.info xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin rəhbərliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək, Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası təklif edib. Hər iki həkim 3 il müddətinə peşə fəaliyyətindən məhrum ediləcək.
Zərərçəkən tərəfin nümayəndəsi, təqsirləndirilənlərin cəzalandırılmasını və mülki iddianın təmin edilməsini tələb edib. Cəmilə Əliyevanın vəkili isə müvəkkilinin əməliyyatda iştirak etmədiyini və ona bəraət verilməsini istəyib.
Məhkəmə qərarına əsasən, hər iki həkim 3 il müddətinə azadlıqdan məhrum ediləcək və cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?