01.08.2026 - 10:22
Kriminal 29 baxış

Həftəsonu səfərləri: Yola çıxmadan əvvəl bu təhlükəsizlik qaydalarını unutmayın!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfər planlaşdıran sürücülərə vacib xəbərdarlıq edib.

Minval.info xəbər verir ki, BDYPİ-nin açıqlamasına görə, həftəsonu bölgələrə edilən səfərlərin artması ilə respublika əhəmiyyətli yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətində artım gözlənilir.

Bu səbəbdən, bütün yol hərəkəti iştirakçılarından daha diqqətli və məsuliyyətli olmaları tələb olunur. İdarə, sürücüləri yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyə çağırır. Uzun məsafəli səfərlər üçün nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə yanaşı, sürücünün fiziki və psixoloji hazırlığı da vacibdir.

Yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına keçmək, yol-nəqliyyat hadisəsi riskini artırır. Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət etmək, ara məsafəsini qorumaq, təhlükəli ötmə və manevrlərdən çəkinmək, sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durmaq təhlükəsiz hərəkət üçün əsas şərtlərdir.

Bundan əlavə, BDYPİ piyadalara da müraciət edərək, avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçməmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmamaq və mobil telefondan istifadə etməmək barədə xəbərdarlıq edir. Yolun yalnız müəyyən olunmuş yerlərindən keçilməsi, sürücülərlə vizual təmasın yaradılması və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolun keçilməsi həyati əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: