Həbs olunan inspektor azadlığa çıxdı
Dövlət Gömrük Komitəsinin böyük inspektoru, qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzov azadlığa buraxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin hökmü ilə M.Novruzova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, M.Novruzov DGK-nın Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” Gömrük postuna ezam olunub. O, həmin ərazidə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq 5539 manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsini təşkil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?