“Bandotdel”dən xüsusi əməliyyat: Keçmiş müstəntiq, məhkəmə sədrinin qaynı olan vəkil həbs edildi
11 saylı Vəkil Bürosunun üzvü İlqar Həmidovun həbs olunduğu barədə məlumatlar yayılıb. Təcrübəli vəkil ağır dələduzluq əməllərində ittiham olunur.
Minval.info xəbər verir ki, vətəndaşların daxil olan çoxsaylı şikayətləri əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən xüsusi əməliyyat keçirilib. Əməliyyatçılar İ.Həmidovu elə çalışdığı vəkillik bürosundan götürüblər.
Toplanmış sübutlar əsasında vəkilə qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrarən və xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə rəsmi ittiham elan edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Sabiq müstəntiq və məhkəmə sədrinin qaynı…
Əvvəllər Bakının müxtəlif rayon polis idarələrində müstəntiq kimi işləmiş İ.Həmidovun həbsi hüquq mühafizə dairələrində təəccüblə qarşılanıb.
Araşdırmalar zamanı bəlli olub ki, həbs edilən vəkilin bir çox yaxın qohumu hüquq-mühafizə və məhkəmə sistemində rəhbər vəzifələrdə çalışır. Onun qaynı Samir Məmmədov hazırda Quba Rayon Məhkəməsinin sədri vəzifəsini icra edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir