Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
Baş prokuror Kamran Əliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Ağstafa rayon icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyevə yeni vəzifə verib.
“Minval.info”nun verdiyi xəbərə görə, R.Quliyev baş prokuror Kamran Əliyevin əmri ilə Quba rayon prokurorunun köməkçisi təyin edilib.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Ramal Quliyev atasının həbsindən sonra, ötən ilin mayında öz ərizəsi ilə sabiq baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilmişdi.
Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov barəsində istintaq yekunlaşıb və hazırda işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial ev almaq istəyənləri aldadanlar arasında polkovnik var
"Geomaqnit qasırğası olacaq" - AMEA-dan açıqlama
Bakıda polis nəzarəti yalnız bu yerlərdə davam edəcək (RƏSMİ)
"Davam"ın İdarə Heyətinin üzvü "Diana Award" mükafatı aldı
Yeni kənd təsərrüfatı naziri KİMDİR? - FOTO
İnam Kərimovdan yeni - TƏYİNAT
Bu gün təyin olunan yeni icra başçıları kimlərdir? – DOSYE