Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya: Məni pis vəziyyətdə qoyma
Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın “Spartak” klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.
Minval.info “Report”-a istinadən xəbər verir ki, 31 yaşlı döyüşçü şəxsi “Instagram” hesabından 23 yaşlı yarımmüdafiəçinin ona bənzədilməsinə münasibət bildirib.
H. Nurməhhəmədov sosial şəbəkədə “Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma” fikirlərini səsləndirib.
Qeyd edək ki, “Spartak” klubunun azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində “Həbib, buraya gəl” deyə səsləyiblər. Moskva təmsilçisi istedadlı oyunçu ilə uzunmüddətli müqavilə imzalayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?