Gürcüstanda 22 nəfərin “donuz qripi”ndən ölməsi təsdiqlənib

Gürcüstanda builki qrip mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusundan 22 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə bildirib.
O deyib ki, ölkədə qripə yoluxma halları azalır: “Son məlumatlara əsasən, 100 min sakinə 186 yoluxma halı düşür. Yoluxmanın pik həddində bu göstərici 277 nəfər təşkil edib”.
A.Qamkrelidze qeyd edib ki, kəskin respirator xəstəliklərlə bağlı xəstəxanalara yerləşdirilmə hallarında da azalma qeydə alınıb: “Ötən həftə bu göstərici 21 faiz idisə, bu həftə artıq 18,2 faiz təşkil edir. Bu, onu göstərir ki, vəziyyət yaxşılığa doğru gedir”. (“Report”)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!