Gündə bir paketdən çox siqaret çəkmək bu xəstəliklərə səbəb olur

Gündə bir paketdən çox siqaret çəkən insanlarda rəngləri görmə qabiliyyətini itirmə riskinin artdığı məlum olub.
“Ölkə.Az” xəbər verir ki, Rutgers universitetinin tədqiqatçıları bu barədə araşdırma aparıblar. Nəticələrə əsasən, gün ərzində 1 paketdən çox siqaret çəkmək rəng görmə qabiliyyətinə mənfi təsir edir.
Təcrübə zamanı həyatı boyu 15-dən az siqaret çəkən 71 inmsan ilə gündə ən azı 20 siqaret çəkən 63 nəfər üzərində sınaq aparılıb. Məlum olub ki, siqaret çəkənlərin siqaret çəkməyənlərlə müqayisədə kontrast və rəngləri ayırd etmə qabiliyyəti azalıb. Eyni zamanda siqaret çəkənlərin qırmızı-yaşıl və mavi-sarı rəng görmələrində ciddi dəyişiklər üzə çıxıb.
Nikotin və siqaret qan damarları və neyronlara ziyan vurur. İştirak edənlərin 25-45 yaş arası olduğu bildirilir. Tədqiqatın nəticələri “Psychiatry Research” jurnalında dərc edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır