Günəşin sirli burulğanları: Yer kürəsini təhdid edən yeni kosmik təhlükə
Alimlər Günəşdə Yer kürəsinə təsir edə biləcək yeni bir təbiət hadisəsini aşkar ediblər. Bu kəşf, Günəşin səthində baş verən mikroskopik maqnit burulğanlarının ulduzun atmosferində enerji yığılmasına əhəmiyyətli təsir etdiyini göstərir.
Minval.info xəbər verir ki, mütəxəssislər bu kəşfin, Günəşin xarici atmosferi olan tac qatının niyə səthindən daha yüksək temperaturda olduğunu izah etməyə kömək edə biləcəyini düşünürlər. Eyni zamanda, bu kiçik burulğanların, güclü Günəş alışmalarının formalaşması üçün lazım olan maqnit enerjisinin yığılmasında mühüm rol oynadığı ehtimal edilir.
Araşdırma müəllifləri bildirirlər ki, bu enerji Yer istiqamətində yönəldikdə, Günəşdən yüksək enerjili hissəciklər axını baş verir. Belə hadisələr peyklərin fəaliyyətində nasazlıqlara, elektrik şəbəkələrinin işində problemlərə və rabitə sistemlərində fasilələrə səbəb ola bilər.
Alimlər hesab edirlər ki, bu yeni kəşf, Günəş aktivliyinin daha dəqiq proqnozlaşdırılmasına və kosmik hava hadisələrinin Yerə mümkün təsirlərinin əvvəlcədən qiymətləndirilməsinə imkan yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kartof püresi zərərli deyilmiş: Dietoloq faydalarını açıqladı
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib