Microsoft sistemində qlobal nasazlıq: 74 ölkədə xidmətlər çöküb
Dünya üzrə 74 ölkədə “Microsoft”un xidmətləri, o cümlədən “Outlook”, “Teams” və “Copilot” sistemlərində genişmiqyaslı texniki nasazlıq müşahidə olunur. Problemin səbəbi kimi şirkətin infrastrukturunun yüklənməsi göstərilir.
Minval.info xəbər verir ki, bu vəziyyət istifadəçilərin iş fəaliyyətinə ciddi təsir göstərib. Milyonlarla istifadəçi, xüsusilə işgüzar danışıq və layihə idarəetmə sistemlərinə daxil olmaqda çətinliklərlə üzləşir.
“Microsoft” şirkəti bu texniki problemlərin həlli üçün intensiv şəkildə çalışır. Alternativ yollar axtarılsa da, hələlik konkret bir həll yolu təqdim edilməyib.
Bu cür qlobal nasazlıqlar texnologiya nəhənglərinin infrastrukturunun dayanıqlığı ilə bağlı sualları yenidən gündəmə gətirir. İstifadəçilər isə problemlərin tezliklə aradan qaldırılmasını gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX süni intellekt inkişafı üçün böyük sərmayə yatırır
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
"ChatGPT" "Google"ın axtarış üstünlüyünə meydan oxuyur
Apple Çində süni intellekt sınaqlarına başlayır, Alibaba ilə əməkdaşlıq edir
İnnovativ texnologiya ilə evlər sürətlə tikilir
Cəmi 20 il qalıb: Bil Qeyts insanlığı təhdid edən xəbəri çatdırdı