“Google Play Music”in fəaliyyəti dayandırılır

ABŞ-ın “Google” şirkəti “Google Play Music” servisinin fəaliyyətini dayandıraraq onu yeni “YouTube Remix” xidməti ilə əvəzləməyi planlaşdırır.
Minval.İnfo-un ICTnews-a istinadən xəbər verir ki, onun “Spotify” xidmətinə bənzər axınlı servis olacağı bildirilir. Dəyişikliklərin cari ilin sonunadək baş verəcəyi gözlənilir.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Yeni “YouTube Remix” platforması və “Google” şirkətinin “Google Play Music” servisini bağlamaqla bağlı planları barədə informasiya 2017-ci ilin sonunda yayılmağa başlayıb. Lakin o vaxt informasiya təsdiqini tapmayıb və şayiələr səviyyəsində olub. Şəbəkə mənbələri və insayderlər yeni proqramın istifadəçilərin sorğusuna görə musiqini dinləməyə imkan verəcəyini bildiriblər. Bundan başqa, yeni platforma istifadəçilərə mahnıları dinləməklə yanaşı, onların musiqili kliplərinə baxmağa şərait yaradacaq.
Əksər mütəxəssislər “YouTube Remix” servisinin bu ilin əvvəlində istifadəyə veriləcəyini hesab etsə də, bu baş verməyib.
“YouTube” servisinin musiqi bölməsinin rəhbəri Lior Koen “YouTube Remix” barədə ətraflı məlumat verərək söhbətin “Google Play Music” kimi kontekst server təqdim edən servisdən getdiyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar