Göbələklər diabetlə mübarizədə yeni ümid: Alimlərdən maraqlı açıqlama
Alimlər, 2-ci tip şəkərli diabetin qarşısının alınması və müalicəsində müalicəvi göbələklərin faydalı ola biləcəyini açıqlayıblar.
Minval.info xəbər verir ki, “Frontiers in Nutrition” jurnalında dərc olunan məqaləyə əsasən, bu göbələklərin tərkibində beta-qlükanlar, polisaxaridlər, triterpenoidlər, fenol birləşmələri və antioksidantlar kimi bioloji aktiv maddələr mövcuddur.
Araşdırmalar göstərir ki, bu maddələr toxumaların insulinə həssaslığını artıraraq qanda şəkərin səviyyəsini azalda, yağ mübadiləsini tənzimləyə və iltihab, oksidləşdirici stressi azalda bilər. Həmçinin, bu göbələklərin bağırsaq mikroflorasına müsbət təsir göstərə biləcəyi də qeyd olunur.
Bununla belə, alimlər bu məhsulların diabetin tam müalicəsi üçün istifadə edilməsinin hələ tez olduğunu bildirirlər. Onların effektivliyini və təhlükəsizliyini dəqiq müəyyənləşdirmək üçün daha genişmiqyaslı klinik sınaqlara ehtiyac var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın