Gənc müəllimin bu addımı uşaqları sevindirdi - Fotolar
Maraqlı addımları ilə yadda qalan müəllim bu dəfə də diqqət mərkəzinə düşüb.
Minval.info xəbər verir ki, Lerik rayonunun Lərmərud kənd məktəbində çalışan Seymur İbrahimov uşaqlara sevinc bəxş edib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Daim şagirdlərlə səmərəli vaxt keçirdiyindən və onları həvəsləndirəcək işlər gördüyündən müəllimə Bakıda fəaliyyət göstərən otellərdən biri tərəfindən futbol topu hədiyyə olunub.
“50 ədəd futbol topu verildi ki, ucqar kəndlərdə yaşayan balaca uşaqlara hədiyyə aparım. Bu kimi təşəbbüsləri ürəkdən alqışlayır, uşaqlara kömək olanlara təşəkkür və sevgilərimi ünvanlayıram” – Seymur bəy bildirib.
Bundan sonra müəllim Cənub rayonlarının bir neçə kəndində yaşayan uşaqların görüşünə gedib. İbrahimov ona təqdim olunan topları azyaşlılara hədiyyə edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar



