"Gənc Liderlər üçün Qış Universiteti"nin ikinci günü başa çatıb
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti”nin iştirakçıları ikinci günə səhər idmanı ilə başlayıb.
Gün ərzində baş tutan panellər çərçivəsində “Liqa Smixu”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyov “İnnovasiya əsaslı ideya generasiyası”, millət vəkilləri İlham Məmmədov “Motivasiya fundamentli uğura gedən yol”, Pərvin Kərimzadə “Gənc liderlərin inkişafında təhsilin rolu”, PR və Marketinq üzrə mütəxəssis Günay Məhərrəmli “Rəqəmsal dünyada sosial medianın imkanlarından effektiv istifadə formaları” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Günün sonunda “Social Night” proqramına əsasən yaradıcılıq istiqamətində komanda işləri nümayiş olunub.
Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirir.
Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu






