Gəncə hadisələrinə görə həbs edilənlərlə bağlı qərar verildi
Gəncə hadisələri ilə bağlı həbs edilən Cabir Əzizov, Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev və Sabir Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Minval.info-nun ONA-ya istinadən xəbərinə görə, Sabunçu Rayon Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C. Əzizov 5 il, G. Nurzadə 6 il, R. Nurzadə 5 il, F. Mirzəliyev 6 il, E. Hacıyev 7 il, S. Rəcəbov 6 il, E. Quliyev 8 il və S. Əzizov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.
Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident İlkin Süleymanovla bağlı həbs qərarı verən hakimi işdən çıxardı
Rüşvətxor məmurun qızı 2-ci ərindən də boşanır
Şənbə gününə olan hava proqnozu açıqlanıb
Azərbaycanda koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı
Bürclər - 4 İyun
XİN sözçüsünə yüksək vəzifə verildi - YENİ TƏYİNAT