Gəncədə faciəvi dava: Tanınmış vəkilin qardaşı həyatını itirdi
Gəncədə Poçt qəsəbəsində yerləşən restoranlardan birində avqustun 6-na keçən gecə baş verən kütləvi dava faciə ilə nəticələnib. 1983-cü il təvəllüdlü Azər Arzu oğlu Yusifov bu hadisə zamanı həyatını itirib.
Minval.info xəbər verir ki, qətlə yetirilən Azər Yusifov, Gəncə və ətraf rayonlarda tanınmış vəkil Araz Yusifovun qardaşıdır. Hadisə zamanı Azər Yusifov, restoranda dava edən bir qrup gənci ayırmağa çalışarkən bıçaqla yaralanıb və dərhal hadisə yerində dünyasını dəyişib.
Azər Yusifov ailəli idi və iki övladı var idi. Hadisə zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı da yaralanıb. Cinayətdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı