27.06.2018 - 14:18
Ölkə
26 baxış
Gələn həftədən siqaretlər bahalaşır - Qanun qüvvəyə minir
Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.“Ölkə.Az”ın xəbərinə görə, bu dəyişikliklər tütün məmulatlarına tətbiq edilən vergi dərəcəsinin artırılması ilə bağlıdır.
Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.
Həmin maddəyə edilən digər dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.
Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb yaşı artırılır? Təhsil müddəti qısalır?
10.09.2026 - 17:20
Naxçıvanda qaz təchizatında müvəqqəti fasilə
10.09.2026 - 17:13
Onlayn alış-verişdə kart ödənişlərinə yaşıl işıq!
10.09.2026 - 16:38
Heyvan xəstəliklərinə qarşı AQTA-dan ciddi tədbirlər
10.09.2026 - 16:03
Lənkəranın turizm cazibəsi mediaya tanıdıldı
10.09.2026 - 15:21
Azərbaycan universitetləri 120 ölkədən tələbə qəbul edir
10.09.2026 - 15:07
Azərbaycan nefti 113 dolları keçdi!
10.09.2026 - 15:00
Keyfiyyətsiz qida satışı ilə bağlı şikayətlər artıb
10.09.2026 - 14:46