Gələn aydan on minlərlə təqaüdçünün əmək pensiyaları artırılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanı ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsində növbəti addımın atılmasına imkan verib.
Bu barədə Minval.İnfo-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Bu Qayda 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının və sair (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin) qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanması qaydasını müəyyən edir.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanuna 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən biri kimi, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş həmin şəxslərin əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavələrin hesablanmasında staj tələbi və əlavəni almağa hüququn yaranması ilə bağlı yeni qayda tətbiq edilməyə başlanıb.
1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş həmin şəxslərin pensiyalarına qulluq stajına görə əlavələrin hesablanmasının yeni mexanizmə uyğunlaşdırılması və əmək haqqında, təminat xərcliyində və dövlət məvacibində artımlar olduqda onların da pensiyalarını bu artımlara müvafiq artırılması təmin edilir.
Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında müvafiq kateqoriyalardan olan, ümumilikdə, 90 min nəfərə yaxın əmək pensiyaçısının əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılacaq.
Edilmiş artımlar qeyd olunan şəxslərə növbəti ayın, yəni iyul ayının pensiyaları ilə birgə toplam halda ödəniləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistana Azərbaycandan tranzitlə 41 vaqon taxıl göndərildi
Sabah "Mançester Yunayted" ilə tarixi qarşılaşmada!
Məktəb yaşı artırılır? Təhsil müddəti qısalır?
Naxçıvanda qaz təchizatında müvəqqəti fasilə
Onlayn alış-verişdə kart ödənişlərinə yaşıl işıq!
Heyvan xəstəliklərinə qarşı AQTA-dan ciddi tədbirlər
Lənkəranın turizm cazibəsi mediaya tanıdıldı