Füzulidə Zəhra və nənəsinin xatirə abidəsinin açılışı olub

Füzuli rayonunda ermənilərin açdığı atəş nəticəsində həlak olan iki yaşlı Zəhra və nənəsinin xatirə abidəsi və parkın açılışı olub.
Məlumata görə, tədbirdə Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının rəhbərliyi, N saylı hərbi hissənin zabit və əsgər heyəti, həmçinin Alxanlı kəndinin sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Zəhra və nənəsinin xatirəsi yad edilib, ermənilərin törətdiyi vəhşiliklərdən söhbət açılıb.
Xatırladaq ki, 2017-ci il iyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. (“Report”)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?