02.09.2021 - 13:56
İdman 1 baxış

Futzal çempionatında transfer dönəminin vaxtı uzadılıb

Futzal üzrə Yüksək Liqada transfer pəncərəsinin vaxtı uzadılıb.

Federasiyadan “MİNVAL.İNFO”a verilən məlumata görə, komandalar oyunçuların qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, oktyabrın 10-dək həyata keçirə bilər.

Qeyd edək ki, Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün transfer dönəmi iyulun 5-də açılıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID-19 pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: