"Formula 1": Türkiyə Qran-prisində yeni rekord qeydə alınıb

“Alpin” komandasında çıxış edən Esteban Okon “Formula 1” üzrə dünya çempionatında yeni rekorda imza atıb.
Minval.info-nun məlumatına görə, 25 yaşlı sürücü buna Türkiyə Qran-prisində nail olub.
Fransalı idmançı 24 il ərzində yarışı pit-stopsuz tamamlayan ilk pilot olub. Buraya qırmızı bayraqlarla dayandırılmayan və məsafəsi əhəmiyyətli dərəcədə qısaldılmayan Qran-prilər daxildir.
Okon “Pirelli” təkərləri ilə bütün məsafəni qət edib. “Ferrari”dən Şarl Lekler və “Mercedes”dən Lüis Hemilton oxşar taktikalardan istifadə etməyə çalışıblar, lakin sonda təkərləri dəyişdirməyə məcbur qalıblar.
Son olaraq 1997-ci ildə Monako Qran-prisində Mika Salo pit-stop olmadan finişə çatıb və 5-ci yeri tutub. Esteban Okon isə Türkiyə mərhələsini 10-cu sırada bitirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?