“Formula 1 Management” şirkəti ilə Bakı Şəhər Halqası arasında heç bir fikir ayrılığı yoxdur

“Formula 1 Management” şirkəti ilə Bakı Şəhər Halqası arasında heç bir fikir ayrılığı yoxdur.
Bu barədə Bakı Şəhər Halqasından Trend-ə məlumat verilib.
Şirkət qeyd edir ki, Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlər qeyri-rəsmi və əsassız məlumatlardır:
“Belə ki, Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilə şərtləri tam məxfi saxlanılır və heç bir şəkildə icitmaiyyətə rəsmi şəkildə açıqlanmır.
Eyni zamanda bildirmək istərdik ki, Formula 1 yarışlarının təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda Formula 1 yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdur və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?