FHN və Bakı metropoliteni metroda fövqəladə hallara hazırdır: Təlimdən maraqlı anlar
Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC, “8 Noyabr” və “Memar Əcəmi” metro stansiyalarında birgə taktiki-xüsusi təlim həyata keçirib.
Minval.info xəbər verir ki, təlimin əsas məqsədi Bakı metropolitenində baş verə biləcək fövqəladə hallarda birgə fəaliyyətin təşkilini təkmilləşdirmək olub.
Təlim ssenarisinə əsasən, FHN-in “112” qaynar xəttinə “8 Noyabr” və “Memar Əcəmi” stansiyaları arasında yerləşən 2-ci yol mənzilində şərti qısaqapanma nəticəsində “yanğın” baş verməsi barədə məlumat daxil olub. Bu xəbərdarlıqdan sonra Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin qüvvələri dərhal hadisə yerinə yönləndirilib.
Metropoliten əməkdaşları tərəfindən stansiyaların dərhal bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və yanğına ilkin müdaxilə tədbirləri görülüb.
FHN-in mobil yanğın-xilasetmə qrupları fərdi mühafizə vasitələrindən istifadə edərək operativ kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsini həyata keçirib, qısa müddətdə şərti yanğın söndürülüb və zərərçəkmişlərə ilkin yardım göstərilərək təxliyə edilib.
Təlimin uğurla başa çatmasından sonra FHN və Metropoliten əməkdaşları arasında fövqəladə halların qarşısının alınması, xilasetmə işlərinin aparılması və zərərçəkmişlərə ilkin yardımın göstərilməsi mövzularında fikir mübadiləsi aparılıb.
Təlimdə FHN-in 7 texnikası və 43 nəfərlik şəxsi heyəti iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı - FOTOLAR
Bakıda 74 yaşlı qadın yemək zamanı boğularaq öldü
11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
Vaşinqtonda yanğın fəlakəti: Minlərlə ev külə döndü, sakinlər təxliyə edildi
Bakıda motosiklet avtomobillə toqquşdu – 22 yaşlı sürücü ağır xəsarət aldı
Məşhur bloger ağır qəzaya düşdü – Avtomobili aşdı
Binəqədidə 79 yaşlı qadının müəmmalı ölümü: Araşdırmalar davam edir