08.08.2026 - 15:26
Kriminal 32 baxış

FHN-dən yay istisi ilə bağlı vacib xəbərdarlıq: Su hövzələrində təhlükəsizlik qaydalarına əməl edin!

Fövqəladə Hallar Nazirliyi (FHN) isti hava şəraitində su hövzələrinə üz tutan vətəndaşlara mühüm müraciət edib. Nazirlik, təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini vurğulayaraq, vətəndaşları diqqətli olmağa çağırır.

Minval.info xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında qızmar hava şəraiti hökm sürür və bu vəziyyətin bazar günü də davam edəcəyi proqnozlaşdırılır. Belə havalarda, xüsusilə həftəsonları, insanlar istirahət üçün su hövzələrinə axın edir. Lakin bəzi vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməməsi acı nəticələrə səbəb ola bilər.

FHN, vətəndaşlara çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, kanallar, çaylar və digər su hövzələrində çimməyin qadağan olduğunu xatırladır. Eyni zamanda, çimmə zonalarının işarələnmiş sərhədlərindən kənara üzməmək, xilasetmə texnikasından başqa qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmamaq tövsiyə edilir. Uşaqların nəzarətsiz qalmaması, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə əməl edilməsi vacibdir. Qızmar günəş altında uzun müddət dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: