Fernandu Santuş: "Ronaldu ilə bağlı problem olsaydı, ona icazə verərdim"
“Qarşıdakı oyunların çətinliyi bizdən asılı olacaq. Futbolçular klublardakı iki aylıq fasilədən sonra uyğunlaşa bilməyiblərsə, bu milli üçün daha pisdir. İrlandiya yığmasının xalı yoxdur, amma Serbiyada möhtəşəm oyun göstərdilər”.
“Minval.info” un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş İrlandiya və Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunlarından əvvəl mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis İtaliyanın “Yuventus” klubunda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun durumu haqqında da danışıb: “Onun zədəli olub-olmadığını bilmirəm. Mən bunu yalnız xəbərlərdə gördüm. Əminəm ki, sağlamdır. Çünki millinin həkimləri bizə heç nə bildirməyib. Əgər hər hansı problemi olsaydı, ona icazə verərdim”.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?