Fatih Terim "Qalatasaray"la bağlı qərarını verdi
“Anatalyaspor”la oyundan sonra (1:0) “Ailəm, sevdiklərim və “Qalatasaray” üçbucağında yaşayıram”, deyən Fatih Terimin gələn mövsümdə komandada qalacağı dəqiqləşib.
Offsideplus.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis 2021/22 mövsümündə də komandanın başında olacaq. Belə ki, klubla anlaşmasının iyunda bitməsinə baxmayaraq, təcrübəli çalışdırıcı gələn mövsüm üçün hərəkətə keçib.
Terim, rəhbərlikdən Gedson Fernandesin müqaviləsinin 1 il daha uzadılmasını, icarəyə götürülən Halil Dervişoğlu və Mustafa Mohamedin birbaşa transfer olunmasını tələb edib.
Bundan əlavə, “Antalyaspor”la oyundan sonra baş tutan mətbuat konfransında Fatih Terim ilk dəfə baş məşqçilikdən başqa vəzifə tuta biləcəyini dilə gətirib:
“Yeri, zamanı və vəzifəsi nə olursa olsun, həyat üçbucağım eyni qalacaq: ailəm, sevdiklərim və “Qalatasaray”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri start götürüb
Azərbaycanda yüksək səviyyəli futbol akademiyası tikiləcək -Fotolar
"Qarabağ" İtaliya klubunun braziliyalı qapıçısına elçi düşüb
Qətərdə keçiriləcək DÇ-nin tarixi açıqlanıb
Erməni millisinin oyununu idarə edəcək azərbaycanlı hakim: "Oyunda..."