Fariz Məmmədov erməni boksçu ilə İrəvanda qarşılaşa bilər - VİDEO

Azərbaycanın peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionu olan həmyerlimiz Fariz Məmmədov erməni əsilli rusiyalı boksçu, orta çəki dərəcəsində WBA versiyası üzrə dünya çempionu David Avanesyan rinqdə qarşılaşa bilərlər.
Maraqlı olacağı əvvəlcədən bəlli olan bu döyüş təklifi RCC Boxing Promotions təşviqat şirkətinin icraçı direktoru Aleksey Titov tərəfindən verilib.
Minval.İnfo qaziler.az-a istinadən bildirir ki, üst-üstə 10 il peşəkar boksdan uzaq düşən, 3 il əvvəl WBCA və WBF versiyaları üzrə çempion olan F.Məmmədov elə o vaxtdan peşəkar boksla vidalaşıb. Amma buna baxmayaraq, o, A.Titovun təklifinə bir şərtlə razılıq verib: “Döyüş İrəvanda olsun!”. F.Məmmədov A.Titova bildirib ki, görüşün İrəvanda keçirilməsi üçün Ermənistan dövlətinin razılığını alsınlar.
Daxil olan məlumatlara görə, dünya çempionumuz rəqibi öz ölkəsində məğlub etmək istəyir. Ona görə də döyüşün qədim Azərbaycan torpağı olan İrəvanda – Ermənistanın paytaxtında keçirilməsini şərt kimi irəli sürüb.
Ən səs-küylü boks yarışlarının təşkilatçısı, RCC Boxing Promotions təşviqat şirkətinin icraçı direktoru Aleksey Titov sözügedən döyüşlə bağlı bildirib ki, həqiqətən belə bir təkliflə hər iki boksçuya müraciət edib:
“Ümid edirik ki, bu iki peşəkar boksçu rinqdə üz-üzə gələcək. Bu döyüş alınarsa idman ictimaiyyəti çox maraqlı yarış izləmək şansı əldə edəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?