FAO-Azərbaycan çərçivə sənədi tamamlanmaq üzrədir
Özəl baytarlığın tətbiqi baytarlıqda rəqabətqabiliyyətliyinin artmasına səbəb olacaq.
“MINVAL.INFO” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi özəl baytarlıq xidmətinə keçidlə bağlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, FAO ilə Azərbaycan arasında əməkdaşlıq 2015-ci ildən bəri, FAO-nun Azərbaycanda ofisinin açılmasi ilə daha da genişlənib: “FAO olaraq kənd təsərrüfatındə əməkdaşlıq sahəsi daha da genişdir. Biz Azərbaycanda bir sıra qurumlarla əməkdaşlıq edirik. Məqsədimiz Azərbaycanda aqrar sahədə dayanıqlığa nail olmaqdır”.
M.Çakmak deyib ki, Azərbaycan hökuməti qida təhlükəsizliyinə, qida təhlükəsizliyində rəqabətqabiliyətinə önəm verir: “Azərbaycan və FAO 2016-2020-ci illəri əhatə edən proqram çərçivə sənədini artıq tamamlayırıq. 2021-2025-ci illər üçün ölkə proqram çərçivə sənədini tamamlanmaq üzrəyik. Bu proqram çərçivə sənədi bir sıra sahələrini əhatə edir. Prioritet sahə üzrə dayanıqlı məqsədlərə nail olmaq üçün ətraf mühitin mühafizəsi, mübarizəsi çərçivə sənədində mühüm yer tutur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır?
Sosial müdafiəyə ehtiyacı olan işsizlərə iş imkanları artırılır
Səyahətçilər daha dayanıqlı seçimlər etməyə üstünlük verirlər
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
Azərbaycanda qarabağ Milli Parkı yaradılır