18.10.2022 - 12:55
Gündəm 1 baxış

Fəzail İbrahimlidən sərt reaksiya: “Soxmayın burnunuzu belə yazılara, hər kəs bir-birini tanıyır”

Parlament sədrinin müavini Fəzail İbrahimli Milli Məclisin iclasında çıxış edərək “Azərbaycan” qəzetində dövlət başçısının fəaliyyətilə bağlı materialı təftiş edənlərlə bağlı danışdı. O bildirdi ki, yazıda cənab prezidentin 19 illik nailiyyəti, Azərbaycanın 19 illik uğurları, Ermənistanın məğlubiyyətindən bəhs edən adamlar hədəf götürülüb.

Vitse-spiker Üzeyir bəy Hacıbəyli ilə bağlı olan bir əhvalatı xatırladaraq dedi: “Soxmayın burnunuzu belə yazılara, Azərbaycanda hər kəs bir-birini tanıyır. Kimin nə məzhəbə qulluq etdiyini, kimin hansı ölçüdə ayaqqabı geyinməsini də hər kəs bilir”.

F.İbrahimli belə təftişçilərə qarşı ölçü götürülməsini də zəruri saydı: “Cənab prezidentin fəaliyyətini işıqlandıran adamların üzərinə gəlmək…Bilmirəm kimlərdir buna cəsarət edənlər? Mətbuat Şurası bu işlə məşğul olmalıdır. Azərbaycanda qanun-qayda var və qanun-qayda daxilində biz hərəkət etməliyik”.

Minval.info xatırladır ki, söhbət “Azərbaycan” qəzetindən rüsvayçılıq – Dövlətçiliyə aid yazılar “copy-paste” çıxdı yazısından gedir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: