Fədayə Laçın məhkəmədə mahnı oxudu
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ceyhun Səmədov son söz deyib.
O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxslər – Tural Poladxanov və Fuad Hacıyev də son sözlə çıxış edərək, barələrində şərti cəza seçilməsini istəyib.
Hakimlər Kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib.
Hakimlər müşavirədə olarkən müğənni Fədayə Laçın məhkəmədə “Xatırlayarsan, məni” mahnısını ifa edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi