Eyyub Hüseynov: “Əhali boykot etsə, dövlət orqanlarının qərarları yerinə yetirilər”
“Restoranların və şadlıq saraylarının ekologiyaya vurduğu ziyana qarşı dövlət orqanlarının gördüyü işlər təqdirə layiqdir”.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, görüləcək tədbirlər ətraf mühitin çirklənməsinin qarsının alınmasına və insanları narahat edən halların aradan qaldırılmasına təsir edəcək: “Bu işdə əhalinin fəallığı lazımdır. Əgər əhali elə yerləri boykot etsə, dövlət orqanlarının qərarları asanlıqla yerinə yetirilər. AİB ETSN-nin cərimələdiyi və xəbərdarlıq etdiyi şadlıq və restoranlardan əhalinin imtina etməsi üçün iş aparacaq”.
Qeyd edək ki, ötən il Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq saraylarının fəaliyyətləri və insanların rahatlıqları arasında ziddiyyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda maşın bazarında son VƏZİYYƏT
Vilayət Eyvazov hesabat verəcək
Bakının bir hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ
Güclü yağış yağacaq — XƏBƏRDARLIQ
“Davam” Gənclər Hərəkatına baş katib təyin olundu
Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN