ETSN: "Zaqatalada yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur"
“Zaqatalanın mürəkkəb relyefli dağlıq ərazisində baş verən yanğının söndürülməsi və geniş ərazilərə keçməməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur”.
Musavat.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hazırda nazirliyin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətinin yanğınsöndürənləri, rayon icra hakimiyyətinin nümayəndələri və yerli kənd camaatı yanğının söndürülməsi üçün çalışırlar, əraziyə 2 helikopter cəlb olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistana Azərbaycandan tranzitlə 41 vaqon taxıl göndərildi
Sabah "Mançester Yunayted" ilə tarixi qarşılaşmada!
Məktəb yaşı artırılır? Təhsil müddəti qısalır?
Naxçıvanda qaz təchizatında müvəqqəti fasilə
Onlayn alış-verişdə kart ödənişlərinə yaşıl işıq!
Heyvan xəstəliklərinə qarşı AQTA-dan ciddi tədbirlər
Lənkəranın turizm cazibəsi mediaya tanıdıldı