Etiketlərdəki qarışıqlıq: Adi içkilər energetik kimi təqdim olunur!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sərinləşdirici içkilər bazarında apardığı monitorinqlər nəticəsində bəzi məhsulların etiketlənməsi və reklamının istehlakçılarda yanlış təsəvvür yaratdığını müəyyən edib. Bu məhsulların qablaşdırılması və reklamında istifadə olunan elementlər, istehlakçılara onların energetik içki olduğu təəssüratını yaradır.
Minval.info xəbər verir ki, AQTA bəzi içkilərin təqdimatında aqressiya, güc və yüksək fiziki performans kimi anlayışları ifadə edən təsvirlərdən istifadə edildiyini açıqlayıb. Reklam materiallarında idmançılar və yüksək fiziki aktivliyə malik şəxslərin yer alması da istehlakçıları çaşdıra bilər.
Monitorinqlər zamanı bəzi içkilərin qablaşdırılmasında energetik içkilər üçün nəzərdə tutulmuş xəbərdarlıqların əks olunduğu aşkar edilib. Bu xəbərdarlıqlar arasında “18 yaşdan aşağı şəxslərə satışı qadağandır” və “Hamilə qadınlara istifadəsi tövsiyə edilmir” kimi ifadələr yer alır. Halbuki, bu cür xəbərdarlıqlar yalnız energetik içkilər üçün nəzərdə tutulub və adi sərinləşdirici içkilərin üzərində istifadə edilməsi istehlakçıları çaşdırır.
AQTA istehsalçılara və reklam subyektlərinə məhsulların etiketlənməsi və reklamında istehlakçıları çaşdıran elementlərdən çəkinmələrini tövsiyə edir. İstehlakçılara isə məhsul alarkən etiket məlumatlarını diqqətlə oxumaq və “Energetik içki” qeydinin mövcudluğuna diqqət yetirmək tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş