Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir, saxlanılanlar var VİDEO
Ermənistan polisi İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etmək istəyən fəalları saxlayıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, polis heç bir səbəb olmadan insanları saxlayır.
Polis tərəfindən saxlanılanlar arasında “Respublikaçılar” partiyasının nümayəndələri Eduard Şarmazanov, Vaqram Bağdasaryan, Vardan Ayvazyan, Geqam Petrosyan, Hayk Mamidcanyan, Karine Açemyan, Geqam Petrosyan, “Vətən” partiyasının nümayəndələri Arsen Babayan və Vardan Voskanyan da var.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan isə Milli Təhlükəsizlik Xidmətinə aparılıb. Bu barədə Q. Tsarukyanın mətbuat katibi İveta Tonoyan jurnalistlərə bildirib.
Qeyd edək ki, bundan əvvəl, Ermənistanın Baş Prokurorluğu, ölkədə hərbi vəziyyət olduğu üçün mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, İrəvanın mərkəzi meydanında mitinq saat 13: 00-da başlamalı idi, lakin aktivistlərin Azadlıq meydanına girməsinə mane olan polis bir neçə saat əvvəldən meydanı mühasirəyə alıb.
Mitinq iştirakçıları Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli atəşkəs razılaşmasına etiraz edilər.
ƏLAQƏLİ
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı