Ermənistanda müəllim və şagirdlər yolu bağlayaraq etiraz aksiyası keçiriblər
Ermənistanın Armavir Regional Dövlət Kollecinin professor və şagirdləri təhsil müəssisəsinin rəhbərliyinin fəaliyyətinə etiraz əlaməti olaraq Gümrü-İrəvan magistral yolunu bağlayıblar.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Kollecin iqtisadiyyat kafedrasının müdiri, müəllim Taquhi Hovakimyan bildirib ki, dünən kollecin bir neçə əməkdaşı işdən çıxarılıb.
Bunlar direktorun tərbiyə işləri üzrə müavini, təcrübə rəhbəri, gündüz şöbəsinin müdiri, biri hüquq kafedrasının müdiri olan iki müəllimdir.
Taquhi Hovakimyanın sözlərinə görə, sabah (bu gün – red) onun özünü də işdən çıxaracaqlar.
Qeyd edək ki, avqustun 24-dən kollecdə tətil formalı etiraz aksiyaları keçirilir. Müəllimlər kollecin direktoru Angin Arşakyanın işdən çıxarılmasını tələb edirlər. Onların sözlərinə görə, Arşakyan vəzifəsindən sui-istifadə edib və kollecin vəsaitini səmərəsiz xərcləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev: "Biz nə desək, o da olacaq"
Azərbaycanda maaş və pensiyalar artacaq? - "Hökumət ilin ortasında..."
BMT baş katibi Rusiya və Ukraynanı danışıqları aktivləşdirməyə çağırıb
Laçın görüntüləri, ən son xəbərlər! Reportyorlarımızın eksklüziv görüntüləri
Azərbaycanda maaşlar nə vaxtdan artacaq?
Türk lirəsi bahalaşmaqda davam edir