“Ermənilər başıma buzlu su olan butulka atdı” – Los Ancelesdə yaşayan müğənni
“Ermənilər 5000 nəfər, biz 50 nəfər idik. Bizə hücum etdilər, döyüldük, xəsarət aldıq. Amma yenə olsa, yenə yürüşə gedərəm”.
Bu sözləri musavat.com-a açıqlamasında Los Ancelesdə yaşayan, orada aktrisalıq təhsli alan azərbaycanlı müğənni Səbinə Əsgərova deyib. O, ermənilər tərəfindən hücuma məruz qaldığını bildirib:
“Sonuna qədər dayandıq. Dağılışıb evə gedəndə dörd tərəfdən üstümüzə neçə min adam töküldü. Bu əclaflıqdır, vəhşilikdir. Bəzilərinin əlində silah vardı. Nyu-Yorkda, ya digər şəhərlərdə bunu edə bilməzdilər. Biz 50 nəfər idik, onlar 5000 idi. Uşaqların telefonlarını oğurladılar. Biz burda azıq. Ermənilər başıma buzlu su olan butulka atdı, başım əzilib. Mən çox əzilməsə də ciddi xəsarət alan həmvətənlərimiz var. Belə bir hadisənin olacağını bilsəydim, yenə gedərdim”.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi

Qeyd edək ki, Los Ancelesdə yaşayan ermənilər ötən gün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri ermənilərin təxribatına mane olublar.
Ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb, xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib.
Könül İbrahim
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı