Erməni idmançı azərbaycanlı ilə döyüşməkdən imtina etdi
Ermənistanın MMA döyüşçüsü Lüdvik Şolinyan azərbaycanlı idmançı Həsən Əzizovla döyüşməkdən imtina edib.
Minval.info-nun xəbərinə görə, bu barədə Həsən Əzizov Media.Az saytına açıqlamasında deyib.
Döyüş noyabrın 17-də Lvovda “Lemberg Fight Cup” MMA yarışları çərçivəsində baş tutmalı idi.
Həsən Əliyevin sözlərinə görə, Lüdvik Şolinyan turnirə iki gün qalmış döyüşdən imtina edib. O, Bellatorun təşkilatçılığı ilə keçirilən yarışlarda iştirak edəcəyini bəhanə gətirib.
“Onun döyüşdən qaçması kefimi pozdu. Mən onunla döyüşə hazırlaşmışdım, onun döyüş üsullarını öyrənmişdim. Lüdvikin döyüşdən imtina etməsini qorxaqlıq kimi qiymətləndirirəm. Mənə hətta UFC döyüşlərində iştirak təklif olunsaydı, erməni ilə döyüşmək xətrinə imtina edərdim. Təşkilatçılar yeni rəqib seçməyi təklif etdilər, və mən razılaşdım”.
Noyabrın 17-də erməni döyüşçüsünün əvəzinə Həsən Əzizovun qarşısına ukraynalı Andrey Xoxlov çıxacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?