Erməni biznesmen Moskvanın mərkəzində qətlə yetirildi – ANBAAN VİDEO
Rusiyanın paytaxtı Moskvada erməni biznesmen, 62 yaşlı Ohanes Kamaryan killer tərəfindən qətlə yetirilib.
Qanlı olay ərazidə olan təhlükəsizlik kamerası tərəfindən də qeydə alınıb. Görüntülərdə silahlı şəxsin iş adamına bir neçə dəfə atəş açdığı görünür. Hadisə vaxtı Ohanes Kamaryanın yanında gənc qadının olduğu da görünür. Lakin qatil onu hədəfə almır.
Artıq iş adamını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bildirilir ki, o, Ermənistan vətəndaşıdır və 24 yaşı var. Mətbuat yazır ki, Ohanes Kamaryan Ermənistanda qətl təşkil etməyə cəhd göstərdiyi üçün axtarışa verilmişdi. Eyni zamanda qeyd olunur ki, O.Kamaryanın bütün aktivləri övladlarının adına olub.
Məlumatda həmçinin qeyd olunur ki, onun oğlu Xaçatur Kamaryan Rusiyanın ən böyük polimer məhsulları istehsalçılarından biri olan “Gavary Group”un rəhbəridir./OXU.AZ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi