Erkən ölüm hallarının başlıca səbəbi məlum oldu
Boston Universitetinin alimləri 2018-ci ildə ABŞ əhalisinin az qala yarısının yüksək təzyiq və ürək-damar problemlərindən əziyyət çəkdiyini və ya insult keçirdiyini müəyyən edib. Bu belə insanların erkən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Xəstələrin sayı əvvəlki illə müqayisədə kəskin şəkildə çoxalıb.
Bu barədə MedicalXpress-də elmi məqalə dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, hipertenziyası olan insanların sayı normativlərə yenidən baxılması hesabına artıb. Belə ki, normal təzyiq həddi civə sütunu ilə 140-90 mm-dən 130-80 mm-ə endirilib.
Statistikaya görə, 2016-cı ildə amerikalıların 48 faizi ürək-damar sistemi problemləri yaşayıb, onlardan 9 faizi ürək xəstəliyindən və ya insultun fəsadlarından əziyyət çəkib. Orta statistik amerikalının qan-damar sistemində xəstəliyin inkişafı riski 90 faizə çatır.
Risk dərəcəsini aşağı salmaq üçün amerikalı mütəxəssislər siqareti atmağa, zərərli qidalardan imtina etməyə, xolesterin və şəkər qəbulu ilə bağlı normalara əməl etməyə çağırır. Bundan başqa, həkimlər orta yaşlı insanları lift əvəzinə, mütəmadi olaraq pilləkənlərdən istifadə etməyə çağırıb. Qan-damar təzyiqinin normallaşması erkən ölüm riskini (ürək-damar xəstəlikləri və insultlardan) əhəmiyyətli dərəcədə aşağı salacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!